DÇ-2018-ə vəsiqə qazandılar, ölkə prezidenti bayram elan etdi

17:54 11 Oktyabr 2017

Futbol üzrə milli komandası tarixi ərzində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Panamada futbol bayramıdı. Məcazi yox, sözün həqiqi mənasında.

 

Sportarena.az xəbər verir ki, Panama prezidenti Xuan Karlos Varela bu qələbə münasibətilə ölkədə bir günlük bayram tətili elan edib. Prezident bu barədə rəsmi “tvitter” səhifəsində məlumat yayıb:

 

“Panama üçün tarixi bir günü qeyd edən xalqın səsini eşitdik. Sabah milli bayramdı. Bu gün ölkəmiz üçün tarixi bir gündü. Sabah bütün özəl və dövlət idarələrində tətildi. Sabah məktəblərdə də dərs olmayacaq. Bu qələbəni ailəlikcə qeyd edək”.

 

Xatırladaq ki, DÇ-2018-in seçmə mərhələsinin Şimali və Mərkəzi Amerika zonasının qrupunda son turda Kosta-Rika yığmasını 2:1 hesabıyla məğlub edən Panama millisi tarixi ərzində ilk dəfə mundiala vəsiqə qazanıb.


Digər xəbərlər

Xəbər xətti