Messi istirahətin nə olduğunu bilmir

16:50 12 Oktyabr 2017

Lionel Messi 2017/18 mövsümündə "Barselona" və Argentina yığmasının bütün rəsmi matçlarında meydana çıxaraq 1 dəqiqə belə qaçırmadı.
 
Sportarena.az xəbər verir ki, marafona 13 avqustda İspaniya Superkubokunda "Real"la oyunda başlayan Messi bu mövsüm ikisi İspaniya Superkuboku, ikisi də Çempionlar Liqası və 7-si La Liqa matçı olmaqla ümumilikdə 11 rəsmi qarşılaşmada heç əvəzlənmədən meydanda oldu. 
 
Sentyabr və oktyabr aylarında Argentina yığmasında 4 oyunda forma geyən superulduz 360 dəqiqə oynayıb. Ekvadorla oyunda etdiyi "het-trik"lə "Tanqoçuları" dünya çempionatının final mərhələsinə daşıdı. 
 
Qısası, 59 gündə ümumilikdə 15 yüksək səviyyəli matça çıxan argentinalı meydanda olduğu 1350 dəqiqə ərzində 17 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti