Prosineçki: "Yalnız bundan sonra bu barədə danışa bilərik”

14:49 14 Oktyabr 2017

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Sloveniyanın "Novu TV" telekanalının suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, xorvat mütəxəssis gələcək karyerası barədə də danışıb. O, hələ ki, AFFA ilə danışmadığını, buna görə dəqiq bir şey deyə bilməyəcəyini qeyd edib:

 

“İndiki məqamda dəqiq bir şey deyə bilmərəm, lakin hər şey mümkündü. İnsanların xidmətimdə maraqlı olması mənim üçün fəxrdi. Ancaq hələ ki, AFFA ilə danışmamışam, buna görə, heç nə deyə bilmərəm. Yalnız federasiya ilə danışdıqdan sonra hansı klubda və ya yığmada çalışacağım barədə danışa bilərik”.

 

Prosineçkinin AFFA ilə müqavilə müddəti dekabrda başa çatacaq. Bosniya və Herseqovina, Sloveniya və Xorvatiya kimi yığmaların onun xidmətində maraqlı olduğu deyilir.


Xəbər xətti