“İnter” “Qarabağ”a, “Səbail” “Neftçi"ə qalib gəldi

21:35 14 Oktyabr 2017

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 8-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub. “Səbail” doğma meydanda “Neftçi”ni 2 cavabsız qolla yenib. “İnter” isə “Qarabağ”la qarşılaşıb. Üç qolun vurulduğu oyunda meydan sahibləri sevinən tərəf olublar.

 

Əvəzedicilərin çempionatı, 8-ci tur
14 oktyabr

“Səbail” – “Neftçi” 2:0
Qol: Raul Yaqubzadə, 3-pen. Kamran Əliyev, 48.

 

“İnter” – “Qarabağ” 2:1
Qol: Əsəd Məsimov, 28. Əlibəy Məmmədli, 63 - Famil Camalov, 60.


Digər xəbərlər

Xəbər xətti