Arazlı "Anortosis" xal itirdi

11:25 15 Oktyabr 2017

Futbol üzrə Kipr çempionatında 7-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi "Anortosis" də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Apollon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Geridə qalan turlarda 15 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi.


Xəbər xətti