"Sumqayıt" 300-ü "Qəbələ"dən gördü

17:39 16 Oktyabr 2017

“Sumqayıt” Azərbaycan Premyer Liqasında 300-cü qolunu buraxıb. 

 

Sportarena.az xəbər verir ki, bu, Premyer Liqanın 8-ci turuna təsadüf edib. Öz meydanında “Qəbələ”yə 0:1 hesabı ilə uduzan “gənclik şəhəri” təmsilçisi mənfi yubileylə üzləşib.

 

Bu matçadək 203 qarşılaşmada 299 top buraxan sumqayıtlılar 204-cü oyunda üçüncü “yüzlüy”ü qapayıb. Bu isə o deməkdi ki, “Sumqayıt” orta hesabla hər matçda 1,47 top buraxıb. Buraxılan 300 qola isə komanda 191 topla cavab verib. Bu 300 topdan 116-sı ev, 184-ü səfər matçında buraxılıb.


Digər xəbərlər

Xəbər xətti