"Qarabağ" - "Atletiko" matçının heyətləri açıqlandı - Nə Rəşad var, nə də Qrizmann

14:19 18 Oktyabr 2017

İspaniyanın “Marca” nəşri Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün keçiriləcək “Qarabağ” - “Atletiko” matçının təxmini start heyətlərini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, “Marca”nın versiyasına görə, kapitan Rəşad Sadıqov bu gün “hindular”la matçda iştirak etməyəcək. Həmçinin, “Atletiko”nun əsas hücuçmusu Antuan Qrizmannın da qripə yoluxma səbəbindən ehtiyatda qalacağı ehtimal olunur.

 

Qeyd edək ki, “Qarabağ” - “Atletiko” görüşü bu gün saat 20.00-da başlayacaq və Bakı Olimpiya stadionunda keçiriləcək.

 

Qarabağ: İbrahim Şehiç, Maksim Medvedev (k), Yakub Jezniçak, Bədavi Hüseynov, Ansi Aqolli, Qara Qarayev, Miçel, Riçard Almeyda, Pedro Enrike, Mahir Mədətov, Ramil Şeydayev.

 

Atletiko: Oblak, Vrsyalko, Qodin, Ximenes, Felipe, Qabi (k), Saul, Qaytan, Karrasko, Qameyro, Korrea.

 


Digər xəbərlər

Xəbər xətti