“Qarabağ”ın azarkeşlərinə pulsuz avtobuslar ayrıldı

Sportarena.az      18 Oktyabr 2018, 16:43

Çempionlar Liqasının bu gün “Atletiko”ya qarşı keçiriləcək qrup oyunundan sonra “Qarabağ”ın azarkeşləri üçün xüsusi avtobuslar ayrılıb.

 

Sportarena.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Qeyd edilib ki, oyundan sonra yaranacaq sıxlığın qarşısını almaq və azarkeşlərin gedəcəyi ünvanlara rahat şəkildə çatdırılması üçün klub Bakı şəhər Baş Polis İdarəsi və Bakı Nəqliyyat Agentliyi ilə danışıqlar aparıb:

 

“Matçdan sonra azarkeşlərimiz üçün xüsusi avtobus ayrılması haqda razılığa gəlinib. Matçdan sonra stadion ərazisində xüsusi avtobus dayanacaqlarında metronun “20 Yanvar”, “28 May” və “Qara Qarayev” stansiyalarına ödənişsiz olaraq azarkeşlərimiz üçün xüsusi avtobuslar ayrılıb. Azarkeşlərimizin rahat şəkildə dayanacaqları tapması üçün qarşılaşmada olan könüllülərdən məlumat almaları xahiş olunur”.


Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi ÇL-in "Qarabağ" - "Roma" oyunundan sonra azarkeşlərin xüsusi avtobuslarla pulsuz daşınacağı bildirsə də, bununla bağlı problem yaranmışdı. Azarkeşlər sosial şəbəkərlərdə matçdan sonra sözügedən avtobuslara rast gəlmədiklərini bildirmişdilər. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin