"Atletiko" - "Qarabağ" matçının biletləri Bakıda satışda

14:46 20 Oktyabr 2017

Azərbaycanlı azarkeşlər “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə keçirəcəyi səfər oyununu canlı izləyə bilərlər.

Sportarena.az xəbər verir ki, matçı stadiondan izləmək istəyən azarkeşlər oyunun biletlərini “Qarabağ”ın bazasından ala bilərlər. Biletləri saat 10:00-dan 18:00-a qədər əldə etmək mümkündür.   Ödənişlər yalnız avro ilə həyata keçirilir. Bir biletin qiyməti isə 30 avrodur.
 
Qeyd edək ki, “Atletiko” – “Qarabağ” matçı oktyabrın 31-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti