Svanadze: "Bunu bəhanə etmirəm"

20:31 20 Oktyabr 2017

Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə “Səbail”ə uduzan (0:1) “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, gürcü mütəxəssis oyunla bağlı fikirlərini bildirib:

 

"3 oyundu məğlub oluruq. Son vaxtlar lazımi səviyyədə oynamırıq, 8-9 oyunçu ilə məşq edirik. Rauf Əliyevin gedişindən sonra hücumçu mövqeyində çətinliyimiz var. Nizami Hacıyev məşq etsə də, hələ tam hazır deyil. Denis Silva da xəstə olduğundan bu gün çıxış edə bilmədi. Düzdü, bunu bəhanə etmirəm, ancaq heyət cəhətdən problemlərimiz var. Əvvəl də dediyim kimi, qışa kimi əzab çəkəcəyik. Bundan sonra yeni oyunçular cəlb edərək, vəziyyəti düzəldə bilərik. “İnter” adı ilə son oyunumuza çıxdıq. Buna görə, bu gün qalib gəlmək istəyirdik. Ancaq alınmadı. Futbolçularıma təşəkkür edirəm. Məncə, onlar bu müddət ərzində “İnter” adına layiq çıxış etdilər. Növbəti turdan “Keşlə” adı altında oynayacağıq".


Xəbər xətti