"Fənərbaxça" azarkeşlərindən "Qarabağ"a dəstək - FOTO

Sportarena.az      21 Oktyabr 2018, 17:22
Bildiyiniz kimi, "Qarabağ” - "Atletiko” oyununda azarkeşlərin hazırladığı plakat dünya mediasının diqqətini cəlb edib. Türkiyənin ən nüfuzlu qəzetlərindən olan "Sabah” qəzeti "Əzik xoreoqrafiya” başlığı ilə xəbər yayımlayıb. Xəbərin müəllifi Mevlüt Tezel adlı köşə yazarı olub. Bu yazı ölkəmizdə geniş rezonans doğurub və yazar kəskin tənqid olunub.
 
Sportarena.az xəbər verir ki, Mövlud Tezelin öz yazısında A4 formatlı kağızda "Qarabağ” yazan azarkeşləri tənqid və təhqir etməsi fənərbaxçalı azarkeşləri və klub üzvlərini qəzəbləndirib. Türkiyənin "Fənərbaxça” futbol klubunun azarkeşləri sosial şəbəkədəki səhifələrində "Qarabağ”lı azarkeşlərə dəstək nümayiş etdirirərək bu yazıya etiraz ediblər. 
 
"Dünyada gördüyüm ən təmiz, ən məsum, ən saf hislərlə edilmiş bir xoreoqrafiyadır. Bir çox səhifələrdə lağ edilən bu xoreoqrafiya azmış kimi bir də qəzetdə bunu "əzik” kimi qələmə veriblər. Lağ edənlər, alçaldanlar bizdən deyil. Azərbaycan candır”.
 
 
 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin