Rauf Əliyev yenə qol vurdu

10:13 22 Oktyabr 2017

Futbol üzrə Albaniya çempionatında 7-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Luftetari” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan inamlı qələbə ilə ayrılıb - 3:0.

 

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Rauf hətta qol da vurub. Son oyunlarda ardıcıl qollar vuran futbolçumuz 73-cü dəqiqədə matçda son nöqtəni qoyub. Rəqib futbolçuların avtoqolu kimi qeydə alınan iki qolunu da nəzərə alsaq, bu, Əliyevin Albaniya Super Liqasında 5-ci qoludu.


Digər xəbərlər

Xəbər xətti