Robert Prosineçki və Rəşad Sadıqov kimə səs verib?

10:43 24 Oktyabr 2017

FİFA-nın təşkil etdiyi ilin ən yaxşı futbolçusu və məşqçisi seçimində kimin kimə səs verməsi məlum olub.

Sportarena.az xəbər verir ki, ölkəmizi səsvermədə təmsil edən milli komandamızın baş məşqçisi Robert Prosineçki və komandanın kapitanı Rəşad Sadıqovun seçimi belə olub:

Robert Prosineçki:
 
Ən yaxşı baş məşqçi: 1. Zinəddin Zidan (“Real”), 2. Antonio Konte (“Çelsi”), 3. Leonardo Jardim (“Monako”)
 
Ən yaxşı oyunçu: 1. Lionel Messi (“Barselona”), 2. Kristiano Ronaldo (“Real”), 3. Luka Modriç (“Real”)
  
Rəşad Sadıqov:
 
Ən yaxşı baş məşqçi: 1. Zinəddin Zidan (“Real”), 2. Massimilano Alleqri (“Yuventus”), 3. Antonio Konte (“Çelsi”)
 
Ən yaxşı oyunçu: 1. Kristiano Ronaldo (“Real”), 2. Neymar (“Barselona”/PSJ), 3. Lionel Messi (“Barselona”)

Xatırladaq ki, ilin ən yaxşı baş məşqçisi "Real"ın çalışdırıcı Zinəddin Zidan, ilin ən yaxşı futbolçusu isə "Real"ın hücumçusu Kriştiano Ronaldo seçilib. 


Digər xəbərlər

Xəbər xətti