Fərid qol vursa da...

18:33 24 Oktyabr 2017

19 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Fərid Nəbiyev “Slaviya”nın U-19 komandasında oyuna çıxıb.

 

Sportarena.az az xəbər verir ki, Fərid 11-ci turda “Karvina” ilə səfər qarşılaşmasında şans qazanıb. Meydan sahiblərinin 2:1 hesabı ilə qalib gəldikləri oyunda “Slaviya”nın yeganə qoluna həmyerlimiz imza atıb. 

 

Xatırladaq ki, Fərid dünən “Slaviya”nın U-21 komandasının heyətində də meydana çıxmışdı. O, “Yablonets”lə qarşılaşmanın (2:4) ikinci hissəsində meydana daxil olmuşdu.


Xəbər xətti