Ziyanın komandası mübarizəni dayandırdı

11:57 25 Oktyabr 2017

Hollandiya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası - “Den Boş” da bu turnirdə növbəti matçına çıxıb. Doğma meydanda “Kambur”la üz-üzə gələn futbolçumuzun klubu bu dəfə uğursuzluqla üzləşib. İki cavabsız qolla uduzan “Den Boş” Hollandiya Kubokunda mübarizəni dayandırıb.

 

Ziya bu görüşün iştirakçısı olmayıb.


Xəbər xətti