"Qarabağ"ın baş məşqçisi İsveçrəyə gedir

12:35 25 Oktyabr 2017

"Qarabağ"ın əvəzedicilərinin baş məşqçisi Aftandil Hacıyev İsveçrəyə gedəcək.
 
Sportarena.az xəbər verir ki, mütəxəssis "PRO” kateqoriyalı məşqçilik kurslarını uğurla başa vurmaq üçün oktyabrın 29-u yola düşəcək.
 
Daha öncə Belarusda keçirilən kurslarda iştirak edən məşqçi noyabrın 2-nə qədər Nyonda yerləşən UEFA-nın qərargahında baş tutacaq kursun növbəti mərhələsində iştirak edəcək.


Digər xəbərlər

Xəbər xətti