Cazibədar müğənni kupon yazdı, bir oyunda "yandırdı" - FOTO

14:36 25 Oktyabr 2017

Sosial şəbəkədən aktiv şəkildə istifadə edən türk müğənni Ebru Polatın paylaşımı maqazin gündəmini zəbt edib.

 

Sportarena.az xəbər verir ki, futbolla maraqlanan cazibədar müğənni həm də mərc həvəskarıdır. O, proqnozlaşdırdığı 6 oyunun yalnız birində yanılıb. Bu kupona 15 lirə yatıran Ebru Polat, yalnız “Lamia” – “Panatinaikos” matçının nəticəsini düzgün təxmin etmədiyinə görə 31 min lirədən məhrum olub. Ebru Polatın “instagram”dakı bu paylaşımına istifadəçilər tərəfindən çoxlu rəylər yazılıb. Müğənninin kişi pərəstişkarları ona bu istedadına görə, evlilik təklifi yağdırıb.

 

Qeyd edək ki, matçların nəticələrini böyük ehtimalla düzgün təxmin edən Ebru Polat əvvəllər ulduz futbolçu Mesut Özillə sevgili olub.

 


Xəbər xətti