Millimizin sabiq məşqçisindən "Qarabağ"la bağlı cəfəng açıqlama

12:32 26 Oktyabr 2017

AFFA-nın sabiq sevimli kadrlarından olan, qadınlardan ibarət U-19 və U-21 millilərimizi çalışdıran Patrisiya Qonsalez İspaniyanın "AS” qəzetinə müsahibə verib.
 
Sportarena.az xəbər verir ki, həmyerliləri Patrisiyadan daha çox "Qarabağ”ın uğurları və Çempionlar Liqasının qrup mərhələsinə qədər keçilən yol barədə soruşublar. Uzun müddət Azərbaycanda yaşayan və çalışan Qonsalez reallığa uyğun olmayan fikirlər səsləndirib:
 
"Qarabağ”ın uğuru bütün ölkənin gücü və investisiyanın mükafatıdır. Onların klubları xaricdən əcnəbi məşqçi və futbolçular dəvət edirlər. Bu isə çempionatın səviyyəsini yüksəldir. Əcnəbi menecerər isə klub strukturunun inkişafına kömək göstərirlər”.


Xəbər xətti