Araz oynadı, komandası liderliyini qorudu - VİDEO

14:34 26 Oktyabr 2017

Futbol üzrə Kipr çempionatında 9-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Pafos”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0. Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 55-ci dəqiqədə əvəzlənib.

 

Geridə qalan turlarda 19 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi. Amma bu xal itkisi komandanın əsas rəqiblərindən olan Larnaka AEK-inin zirvəyə şərik olmasına səbəb olub.

 

 


Digər xəbərlər

Xəbər xətti