Azərbaycan millisində Prosineçki dövrü başa çatdı - RƏSMİ

23:07 26 Oktyabr 2017

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki arasında görüş keçirilib.
 
Sportarena.az xəbər verir ki, bu barədə Federasiyanın saytı məlumat yayıb. Azərbaycan futbolunun hazırkı vəziyyəti, gələcək perspektivlərinin geniş müzakirə olunduğu görüşdə Robert Prosineçki ilə mövcud müqavilənin qarşlıqlı razılıq əsasında uzadılmaması barədə razılığa gəlinib.

 

AFFA rəhbərliyi Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində səmərəli fəaliyyətinə görə Robert Prosineçkiyə minnətdarlığını bildirib, gələcək karyerasında ona uğurlar arzulayıb. Görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

 

Xatırladaq ki, millimiz Prosineçkinin rəhbərliyi altında DÇ-2018-in seçmə mərhəlisini 10 xalla 5-ci pillədə başa vurub.


Digər xəbərlər

Xəbər xətti