Şahin Diniyev "Futbolçular nəticəyə oynadılar"

19:14 28 Oktyabr 2017

Azərbaycan Premyer Liqasının 10-cu turunda “Kəpəz” səfərdə “Keşlə”ni məğlub edib (2:0).

 

Sportarena.az xəbər verir ki, oyundan sonra “Kəpəz”in baş məşqçisi Şahin Diniyev matçla bağlı fikirlərini bölüşüb:

 

“Çox çətin oyun oldu. “Keşlə” yeni adı altında ilk qələbəsini qazanmaq istəyirdi. Bu oyunda da uduzsaydıq, bizim üçün çox çətin olacaqdı. Futbolçular bu gün gözəl oyundan daha çox, nəticəyə oynadılar. Ümid edirəm ki, növbəti turlarda daha yaxşı çıxış edəcəyik”.


Xəbər xətti