"Keşlə" Zaur Svanadzeni istefaya göndərdi

12:42 29 Oktyabr 2017

"Keşlə" klubunun rəhbərliyi komandanın baş məşqçisi Zaur Svanadze və baş məşqçinin köməkçisi Ramaz Svanadze ilə görüş keçirib.
 
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, görüşdə komandanın fəaliyyəti müzakirə olunub. Qərara alınıb ki, Z.Svanadze və R.Svanadze arasında imzalanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilsin. 
 
"Keşlə" rəhbərliyi hər iki məşqçiyə komandada fəaliyyətlərinə görə təşəkkürünü bildirib və onlara sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.


Xəbər xətti