"Kəpəz" bunu ilk dəfə bacardı

15:04 30 Oktyabr 2017

“Kəpəz” ilkə imza atıb. Bu, Azərbaycan Premyer Liqasının 10-cu turuna təsadüf edib.

 

Sportarena.az xəbər verir ki, “Keşlə” ilə səfər matçında 2:0 hesabı ilə qalib gələn Gəncə təmsilçisi tarixində ilk dəfə bu rəqibin meydanında 3 xal qazanıb. 1999/2000 mövsümündən güclülər dəstəsində çıxış edən paytaxt klubu əvvəlki 14 ev oyununda gəncəlilərə uduzmamışdı. 2004-cü ilədək “Xəzər Universiteti” sonrakı 13 ildə “İnter” adlanan Bakı klubu ilə əvvəlki 14 səfər görüşündə “Kəpəz” cəmi 2 xal qazanmışdı. 12 dəfə uduzan qərblilər 15-ci cəhddən sindromu qıra bilib.


Digər xəbərlər

Xəbər xətti