Reynaldo Araz Abdullayevin komanda yoldaşı olacaq?

16:14 31 Oktyabr 2017

Mövsümün əvvəlində gözlənilmədən "Adanaspor"dan ayrılan Reynaldo Silvanın klubsuz günləri bitmək üzrədir.

 

Sportarena.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb. "Qarabağ"ın sabiq futbolçusu Kiprin "Anortosis" klubunda çıxış etməyə yaxındır. "Sambaçı" millimizin üzvü Araz Abdullayevin çıxış etdiyi komanda ilə danışıqları uğurlu şəkildə tamamlayıb. Reynaldonun yaxın günlərdə rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir.

 

Qeyd edək ki, "kral" ləqəbli braziliyalı "Qarabağ"da 4 il çıxış etdikdən sonra 2017-ci ilin yanvarında 500 min avro müqabilində "Adanaspor"a transfer edilmişdi. Bu komandaya uyğunlaşmaqda əziyyət çəkən və məşqlərdə aldığı zədələlərlə əvvəlki formasından uzaq düşən Reynaldo sentyabr ayında klubu ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırmışdı.


Xəbər xətti