Romada "Çelsi" azarkeşlərinə hücum

17:32 31 Oktyabr 2017

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinin rəqibləri "Çelsi" və "Roma" azarkeşləri arasında insident yaşanıb.

 

Sportarena.az "Football İtalia"ya istinadən xəbər verir ki, Romada barlardan birində dincələn "Çelsi" azarkeşlərinə rəqib komandanın bəzi fanatları tərəfindən hücum olub. Bu zaman İngiltərə klubunun bir neçə azarkeşli zədə alıb. Amma onlaran heç bir ciddi zərər çəkməyib. Hadisə nəticəsində iki "Roma" azarkeşi saxlanılıb.

 

Qeyd edək ki, "Roma" - "Çelsi" görüşü bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Xəbər xətti