Şehiç sadəcə 1 qapıçıdan geri qaldı - Qurtarış sayına görə

16:15 2 Noyabr 2017

UEFA bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində ən çox seyv edən 5 qapıçının siyahısını tərtib edib.

 

Sportarena.az xəbər verir ki, siyahıda "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də yer alıb. O, Andrey Pyatovla ("Şaxtyor" Donetsk) birgə 21 seyvlə 2-ci 3-cü pillələri bölüşdürür. 4-5-ci yerləri hərəyə 20 seyvlə İqor Akinfeyev (SSKA, Moskva) və Huqo Lloris (“Tottenhem”) tutur.

 

 “Maribor”lu Yasmin Handanoviç isə 24 seyvlə bu siyahıda liderlir edir.
 


Digər xəbərlər

Xəbər xətti