Qurban Qurbanov millidə neçə il çalışacaq? - Müqavilənin müddəti açıqlandı

11:15 3 Noyabr 2017

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda millinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu ilin dekabr ayından Robert Prosineçkinin yığma ilə müqavilə müddəti bitdikdən dərhal sonra millinin “sükanı arxasına” keçəcək.

 

Sportarena.az xəbər verir ki, iclasdan sonra AFFA prezidenti Rövnəq Abdullayev və Qurban Qurbanov brifinq keçirib. Abdullayev Qurbanovun milli ilə müqavilə müddətini açıqlayıb. O, əvvəlki illərdən fərqli olaraq, tsikllə yox, uzunmüddətli müqavilə bağlanacağını qeyd edib.

 

Belə ki, Qurbanovla üç tsikli əhatə edəcək 6 illik (2024-cü ilə kimi) müqavilə bağlanması nəzərdə tutulub.


Xəbər xətti