Rəşad Sadıqov UEFA-nın Pro kursunda - FOTO

12:50 3 Noyabr 2017

Bu gündən etibarən Bakıda AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun 4-cü mərhələsi başlayıb.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, məşğələlərə UEFA-dan dəvət olunmuş isveçrəli mütəxəssislər Dani Rayser rəhbərlik edir.

 

Məşqçi kursunda Rəşad Sadıqov, Mahmud Qurbanov, Samir Abasov, Elçin Rəhmanov, Elşad Əhmədov, Zaur Həşimov da iştirak edib.

 


Xəbər xətti