Mikayıl Nərimanoğlunu “Kəpəz”də o əvəz edəcək

15:28 3 Noyabr 2017

AFFA-nın mətbuat xidmətinin sabiq rəhbəri Mikayıl Nərimanoğlu bir neçə gün əvvəl “Kəpəz”in Müşahidə Şurasından da uzaqlaşdırılmışdı. AFFA-dan isə bildirilmişdi ki, Nərimanoğlunu “Kəpəz”in Müşahidə Şurasında kimin əvəz edəcəyinə yaxın günlərdə aydınlırq gələcək.

 

Sportarena.az xəbər verir ki, federasiyanın baş katibi Elxan Məmmədov bu gün jurnalistlərə “Kəpəz”in Müşahidə Şurasında AFFA-nı kimin təmsil edəcəyini açıqlayıb. Baş katibin dediyinə görə, bundan sonra Gəncə klubunun Müşahidə Şurasında federasiyanı İslam Abbasov təmsil edəcək.

 

İslam Abbasov AFFA-da bir müddət milli komandaların baş inzibatçısı vəzifəsində çalışıb.


Digər xəbərlər

Xəbər xətti