Millilərimizin potensial rəqibləri müəyyənləşdi

21:15 3 Noyabr 2017

Azərbaycanın futbol üzrə 17 və 19 yaşadək qızlardan ibarət yığma komandalarının Avropa çempionatının elit-raundundakı potensial rəqiblərinin siyahısı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, hər iki yığmamız püşkatma zamanı ən zəiflərdən ibarət D səbətində yer alacaq. Elit-raundun püşkatma mərasimləri noyabrın 24-də İsveçrənin Nyon şəhərində baş tutacaq.

 

U-17

A səbəti: Almaniya, İspaniya, Avstriya, İngiltərə, İsveç, Holandiya, Macarıstan

B səbəti: Polşa, İrlandiya, Fransa, Serbiya, Belçika, Danimarka, Norveç

C səbəti: Portuqaliya, İsveçrə, Çexiya, İslandiya, Şotlandiya, Bosniya və Herqeqovina, Rusiya

D səbəti: Finlandiya, Sloveniya, İtaliya, Türkiyə, İsrail, Rumıniya, Azərbaycan.
 

U-19

A səbəti: Hollandiya, Fransa, Çexiya, İspaniya, Danimarka, Norveç, İngiltərə

B səbəti: Almaniya, Macarıstan, Avstriya, Polşa, Serbiya, İtaliya, Belçika

C səbəti: İslandiya, İsveç, Portuqaliya, İrlandiya, Slovakiya, Finlandiya, Rusiya

D səbəti: Sloveniya, Türkiyə, Uels, Şotlandiya, Azərbaycan, Yunanıstan, İsrail.


Digər xəbərlər

Xəbər xətti