DÇ 2018-in topunu Zidanla Messi təqdim edəcək

14:23 4 Noyabr 2017

“Real”ın baş məşqçisi Zinəddin Zidanla “Barselona”nın lideri Lionel Messi Moskvaya gedəcəklər.

 

Sportarena.az xəbər verir ki, Moskvada DÇ-2018-də istifadə olunacaq topların təqdimatı keçiriləcək. Təqdimat mərasimi noyabrın 9-na planlaşdırılıb. İspaniya yığmasının sabiq futbolçusu Xabi Alonso da mərasimə dəvət edilib. DÇ-2018-in toplarını “Adidas” firması hazırlayıb.

 

Qeyd edək ki, Mundial iyunun 14-dən iyulun 15-nə qədər Rusiyanın 11 şəhərində keçiriləcək.


Xəbər xətti