"Neftçi"nin futbolçuları azarkeşlərə səsləndi - VİDEO

10:36 5 Noyabr 2017

“Neftçi”nin futbolçuları – müdafiəçi Kiril Petrov və yarımmüdafiəçi Namiq Ələsgərov sabah Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində qarşılaşacaqları “Zirə” ilə oyun öncəsi klub televiziyasına açıqlama veriblər.

 

Sportarena.az sizi həmin açıqlamalarla tanış edir:

 

Kiril Petrov: “Fikrimcə, öz oyunumuzu tapmışıq. Son qələbələrdən sonra özünəinam qazanmışıq. Azarkeşlərin ümidlərini doğrultmaq üçün daha motivasiyalı olacağıq. Son 4 oyunu yüksək səviyyədə keçirdik. Milli komandalara görə yaranmış fasiləyə qalib getmək üçün çox çalışmalıyıq. Son oyunda stadiondakı atmosfer çox xoşuma gəldi. Hər ev matçına o qədər azarkeş gəlsə, əla olardı. Əlbəttə, daha çox azarkeş gəlsə, lap yaxşı olar. Bu, komandanı ruhlandırır, özünəinamı və gücü artırır. Buna görə azarkeşlərimizə təşəkkür edirəm. İstərdim ki, hər oyunda belə atmosfer və dəstək olsun. Biz isə azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

 

Namiq Ələsgərov: "Komandamız yaxşı vəziyyətdədi. Ardıcıl qələbələr qazanmışıq, 4 oyundu qalib gəlirik. Çalışacağıq qələbə seriyasını davam etdirək. Bunun üçün əlimizdən gələni edəcəyik. Azarkeşlər, sağ olsunlar, bizi dəstəkləyirlər. Son oyunda da çox yaxşı abu-hava yaratmışdılar. "Zirə” ilə matçda da onları gözləyirik, dəstəklərinə ehtiyacımız var. Azarkeşlərimizlə birlikdə daha güclü oluruq”.


Xəbər xətti