"Super Klassiko"da 3 qol, 2 qırmızı - VİDEO

13:51 6 Noyabr 2017

Argentina Superliqasının 8-ci turu dünyanın ən çox izlənilən və qədim derbilərindən biri olan "SuperKklassiko" baş tutub.

 

Sportarena.az xəbər verir ki, doğma azarkeşləri önündə "Boka Xunyors"u qəbul edən "River Pleyt" acı nəticə ilə üzləşib. Belə ki, qonaqlar 2:1 hesablı qələbəyə seviniblər. 

 

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada hakim 2 futbolçunu qırmızı vərəqə ilə cəzalandırıb. 38-ci dəqiqədə "River"dən İqnasio Fernandes, 61-ci dəqiqədə isə "Boka"dna Edvin Kardona referinin qəzəbinə tuş gəlib.

 

Argentina Superliqası, 8-ci tur

5 noyabr

River Pleyt - Boka Xunyors 1:2

Qollar: Ponsio, 69 - Kardona, 42. Nandez, 73.

 


Xəbər xətti