Denis Silva yenə bildiyini elədi

14:34 6 Noyabr 2017

 

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümündə ilk dəfə eyni oyunda iki avtoqol qeydə alınıb.

 

Sportarena.az xəbər verir ki, bu, “Sumqayıt”ın “Keşlə” ilə ev matçında gerçəkləşib. Qonaqların futbolçuları Denis Silva və Adrian Skarlatake hərəyə bir dəfə öz qapısına qol vurub. Sonuncu Azərbaycan çempionatlarında 2-ci dəfə belə uğursuzluq yaşayıbsa, braziliyalı müdafiəçi Premyer Liqada 3-cü dəfə avtoqol müəllifi olub.

 

Cənubi amerikalı 2010/11 mövsümündə “Neftçi”nin heyətində “Bakı”, ötən çempionatda “İnter”in forması ilə “Zirə” ilə görüşdə öz qapısına qol vurmuşdu. 3-cü avtoqolla Denis Azərbaycan çempionatları tarixində ən çox belə uğursuzluq yaşayan futbolçu ünvanına şərik olub. O, antirekordun 6-cı müəllifidi.

 

Denisədək Ayxan Abbasov, Saşa Yunisoğlu, Natiq Qasımov, Ruslan Abışov və Jairo Rodriges də 3 avtoqola üzülmüşdü.


Digər xəbərlər

Xəbər xətti