"Şerif"in futbolçusu öldü - 25 yaşında

15:18 6 Noyabr 2017

Moldovanın “Şerif” klubunun futbolçusu Dionatan Teyşeyra ölüb.

 

Sportarena.az xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçu vətənində olarkən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü bildirilir. Əvvəllər “Stok Siti”nin də şərəfini qoruyan Teyşeyra “Şerif”ə 2017-ci ilin qışında keçmişdi. O, yayda vətəni Braziliyaya getmiş və qayıdacağına söz vermişdi.

 

“Qarabağ” cari mövsümdə “Şerif”i Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdırmışdı.


Xəbər xətti