Ronaldo Raulu ötdü

16:17 6 Noyabr 2017

“Real” İspaniya çempionatının 11-ci turunda “Las-Palmas”a 3:0 hesabı ilə qalib gəlib.

 

Sportarena.az xəbər verir ki, Kriştiano Ronaldo qarşılaşmada qol vura bilməsə də, başqa aspektdə fərqlənib. Ronaldo bir qol ötürməsi edib. Bununla da, portuqaliyalı “kral klubu”nda verdiyi qol ötürmələrinin sayını 84-ə çatdırıb. O, bu göstəricidə “Real”ın əfsanəvi futbolçusu Raulu geridə qoyub. Raulun hesabında 83 qol ötürməsi var.

 

Ronaldonun göstəricisi “Real”da son 25 ilin ən yaxşı nəticəsidi.


Xəbər xətti