Ronaldo komanda yoldaşları ilə niyə mərcə girib?

17:43 7 Noyabr 2017

"Real"ın futbolçusu Kriştianu Ronaldo bu mövsüm İspaniya La Liqasında rəqib qapılarına endirdiyi 48 zərbədən yalnız birini qola çevirməsinə baxmayaraq "qara zolaq"dan çıxacağına inanır.

 

Sportarena.az "Sport" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu mövsümün sonunda La Liqanın bombardiri olacağı ilə bağlı komanda yoldaşları ilə məcrə girib. Ronaldo bu mərcdən əldə olunacaq pulu xeyriyyə fonduna köçürəcək.

 

Həmçinin bildirilir ki, 32 yaşlı forvard "Las Palmas"la oyunda məhsuldar ötürmə verdiyi İskonun qol sevincini onunla bölüşməməsindən narazı qalıb. Bu mövsüm La Liqanın bombardirlər cədvəlinə 12 qolla Messi başçılıq edir.


Digər xəbərlər

Xəbər xətti