Avropa çempionu olan şahmatçımız polis zabitidir

22:43 7 Noyabr 2017

Yunanıstanın Krit adasındakı Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın kişilərdən ibarət şahmat yığmasının üzvü Rauf Məmmədovun polis zabiti olduğu müəyyənləşib.
 
Sportarena.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, 29 yaşlı zəka sahibi DİN İdman Cəmiyyətinin İdman təlimi şöbəsinin inspektoru, polis baş leytenantıdır.
 
Məmmədov şahmat oynamağa 7 yaşından başlayıb. O, 2004-cü ildə qrossmeyster adını alıb, 2009-cu ildə Serbiyanın Novi Sad şəhərində, 2013-cü ildə Polşanın paytaxtı Varşavada keçirilmiş Avropa çempionatında da qızıl medal qazanıb.


Digər xəbərlər

Xəbər xətti