"Xəmsə" Federikoya "Namə" yazdı - "Sənsiz hər oyun min əziyyətdir" - FOTO

11:19 8 Noyabr 2017

"Kəpəz"in tanınmış azad azarkeşlər qrupu olan "Xəmsə"nin "Facebook" səhifəsində maraqlı paylaşım edilib.

 

Sportarena.az xəbər verir ki, fanatlar ötən mövsümə qədər doğma komandalarında sərgilədiyi futbolla diqqət mərkəzində olan Dario Federiko Junioru unuda bilmirlər. Onlar braziliyalı futbolçu üçün maraqlı paylaşım ediblər. Məşhur "Namə" mahnısının sözlərindən istifadə edən "Xəmsə"nin bu addımı sosial şəbəkələrdə böyük marağa səbəb olub.

 

Qeyd edək ki, paylaşıma  "Sən gedəni gör neçə müddətdir, Sənsiz hər oyun min əziyyətdir" şərhi yazılıb.

 

Əlavə edək ki, Federiko hazırda Cənubi Koreyanın "Seongnam İlhva" klubunda çıxış edir. O, iki mövsüm "Kəpəz"də uğurlu çıxış etdikdən sonra yay transfer pəncərəsi zamanı sözügedən klubdan gələn təklifi müsbət dəyərləndirib.

 


Xəbər xətti