"Qarabağ" - "Çelsi" matçına böyük maraq - Nə qədər bilet satılıb?

14:55 9 Noyabr 2017

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la İngiltərənin “Çelsi” klubu arasında Bakıda keçiriləcək oyuna bilet satışı davam edir.

 

Sportarena.az xəbər verir ki, artıq bu qarşılaşmaya 45 mindən çox bilet satılıb. Bu barədə Ağdam klubunun "facebook" səhifəsi məlumat yayıb.


“Qarabağ” - “Çelsi” oyunu noyabrın 22-də Bakı Olimpiya stadionunda keçiriləcək və saat 21.00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti