"Qızıl top"un təqdim olunacağı tarixi açıqlandı

18:39 10 Noyabr 2017

"France Football" nəşri 2017-ci il üçün "Qızıl top" mükafatının təqdim olunacağı tarixi açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək mərasim dekabrın 7-də keçiriləcək. Mükafatı Fransa yığmasının sabiq futbolçusu David Jinola və rejissor Jerom Revon təqdim edəcəklər.

 

Qeyd edək ki, ötən mövsüm “Qızıl top”a “Real Madrid”in futbolçusu Kriştiano Ronaldo layiq görülüb. Portuqaliyalı hücumçu FİFA versiyasına əsasən, 2017-ci ilin ən yaxşı oyunçusu seçilib.


Digər xəbərlər

Xəbər xətti