Belçikada qol yağışı, İngiltərədə...

10:32 11 Noyabr 2017

Dünyanın yaşıl meydanlarında milli komandalar arasında yoxlama oyunları həyəcanı davam edir.

 

Sportarena.az xəbər verir ki, ötən gecə daha bir neçə maraqlı görüş baş tutub. Braziliya yığması Yaponiya ilə qarşılaşıb. Dörd qolluq qarşılaşmada braziliyalılar inamlı qələbəyə seviniblər.

 

Böyük maraqla gözlənilən İngiltərə - Almaniya matçında hesab açılmayıb. Gecənin ən bol qollu matçı olan Belçika – Meksika qarşılaşmasında da qalib müəyyənləşməyib. Fransa yığması Uels üzərində inamlı qələbəyə sevinibsə, Portuqaliya da Səudiyyə Ərəbistanına qalib gəlib. Qonşu Gürcüstan yığması Kipri, Ukrayna isə Slovakiyanı məğlub yola salıb.

 

Yoxlama oyunları
10 noyabr

Cənubi Koreya – Kolumbiya 2:1

Çin – Serbiya 0:2

Yaponiya – Braziliya 1:3

Gürcüstan – Kipr 1:0

BƏƏ – Haiti 0:1

Ukrayna – Slovakiya 2:1

Belçika – Meksika 3:3

Polşa – Uruqvay 0:0

İngiltərə - Almaniya 0:0

Fransa – Uels 2:0

Portuqaliya – Səudiyyə Ərəbistanı 3:0


Xəbər xətti