"Kəpəz"in zədəlilərindən xəbər var

15:40 11 Noyabr 2017

“Kəpəz”in zədəli futbolçularından Samba Diallonun vəziyyəti normaldı. 

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, zədəsinə görə 3 çempionat oyununda Gəncə təmsilçisinə kömək edə bilməyən futbolçunun hazırlığı qaydasına düşüb. Müalicə prosesi ilə paralel olaraq məşqlərdə də iştirak edən Sambanın qarşıdakı turda meydana çıxması məşqçilər korpusunun qərarından asılı olacaq.

 

“Sarı-göylər”in daha bir üzvü Kərim Diniyevin də durumunda ciddi irəliləyişlər var. Klubun tibbi personalından verilən məlumata görə, yarımmüdafiəçinin zədəsi sağalmaq üzrədi. “Keşlə” ilə matçda ağır xəsarət alan Diniyevin uzun müddətə sıradan çıxdığı güman olunsa da, müalicəsi uğurla aparıldığından futbolçu tez bərpa olunub. İntensiv müayinə və müalicələrdən sonra Kərim fitnes və fərdi proqram üzrə məşq edib. Bu gündən isə oyunçu komandaya qoşulub.


Xəbər xətti