Millimizin oyununa təyinatlar açıqlandı

12:24 12 Noyabr 2017

21 yaşadək futbolçulardan ibarət Avro-2019-un seçmə mərhələsində keçiriləcək Azərbaycan - Kosovo oyunu üçün hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Estoniya Futbol Federasiyasından Roomer Tarayev idarə edəcək. Ona Hannes Reynvald, Neeme Neemlayd köməklik edəcək. Dördüncü hakim funksiyasını Eyko Saar yerinə yetirəcək.

 

Qeyd edək ki, Azərbaycan - Kosovo görüşü noyabrın 14-ü saat 18:00-da başlayacaq.


Xəbər xətti