İngiltərə klubu "Beşiktaş"la danışıqlara başladı

14:51 12 Noyabr 2017

 

İngiltərə Premyer Liqa təmsilçisi “Everton” “Beşiktaş”ın yarımmüdafiəçisi Oğuzhan Özyakupun xidmətində maraqlıdı.

 

Sportarena.az xəbər verir ki, Liverpul təmsilçisi 25 yaşlı futbolçunun transferi üçün artıq “ağ-qaralar”ın rəhbərliyinə rəsmən müraciət edib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Oğuzhanın transfer qiyməti isə iki klub arasında danışıqlardan sonra müəyyənləşəcək.

 

Türkiyə millisinin də üzvü olan futbolçu 2012-ci ildən “Beşiktaş”ın uğurları üçün çalışır. O, cari mövsümdə 13 oyunda şans qazanıb.


Xəbər xətti