Ronaldo 4-cü dəfə ata oldu - FOTO

01:56 13 Noyabr 2017

İspaniyanın "Real Madrid" klubunun və Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu dördüncü dəfə ata olub.
 
Sportarena.az xəbər verir ki, bu barədə futbolçu şəxsi "İnstagram" səhifəsində paylaşım edib.  Ronaldunun sevgilisi Corcina Rodrigesin dünyaya gətirdiyi qıza öncədən planlaşdırıldığı kimi Alana Martina adı verilib. 
 
Qeyd edək ki, Kriştianu Ronaldunun əvvəlki övladları surroqat anadan doğulub. Kiçik Kriştianunun 7 yaşı var. Yeva və Mateo adlı əkizlər isə bu ilin iyununda həyata göz açıblar. 
 
Əlavə edək ki, Dünya çempionatından sonra Ronaldo və Corcina rəsmən ailə quracaqlar.
 


Digər xəbərlər

Xəbər xətti