"Qarabağ"la "Neftçi"nin futbolçuları söz savaşına çıxdı - FOTO

12:04 14 Noyabr 2017

"Qarabağ"ın futbolçusu Ramil Şeydayev ilə "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov arasında maraqlı hadisə yaşanıb.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun hücumçusu AFFA-nın "Tirə zərbə" layihəsində 10 vuruşdan 6-da dəqiq olan Mahmudova "ilişib". Şeydayev "Facebook" səhifəsindəki paylaşımında "Emin vurubsa, mən ən azı 8-ni vuraram" yazıb.

 

"Neftçi"nin futbolçusunun cavabı gecikməyib. Emin "Ay Ramil qardaş, 10-dan 8-ni topa vura bilərsən, amma tirə yox" deyə yazıb.

 

Milli komandanın üzvləri arasındakı bu söz atışması izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.

 

Qeyd edək ki, AFFA-nın "Tirə zərbə" layihəsində rekord Emin Mahmudova məxsusdur. O, 6 dəfə tiri nişan ala bilib.

 


Digər xəbərlər

Xəbər xətti