Tevez Çin klubundan ayrılır

16:14 14 Noyabr 2017

Karlos Tevesin işləri Çində qaydasında getmir. "Şanxay Şenhua"da llik təxminən 42 milyon dollar qazanan argentinalı hücumçu qışda komandadan ayrılmaq fikrindədir.

 

Sportarena.az xəbər verir ki, Teves sabiq komandası "Boka Xuniors"a qayıda bilər. Bu barədə Argentina mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, klubun prezidenti Daniel Anxeliçi Teveslə görüşmək üçün Çinə yollanacaq. Danışıqlardan sonra bu keçidin baş tuyub-tutmayacağı dəqiqləşəcək.

 

Teves ötən ilin dekabrında "Boka Xuniors"dan "Şanxay Şenhua"ya keçmişdi. 33 yaşlı forvard bu müddət ərzində cəmi 4 qol vurub.


Xəbər xətti