Qurban Qurbanov milli komandada ilk seçimini etdi

14:56 15 Noyabr 2017

Azərbaycanın futbol üzrə milli komandasına mətbuat katibi təyin olunub.

 

Sportarena.az xəbər verir ki, hazırda “Zirə” klubunda mətbuat xidmətinin rəhbəri vəzifəsini daşıyan Elman Himayətoğlu bundan sonra eyni vəzifəni milli komandada icra edəcək. Bu barədə saytımıza Himayətoğlu özü məlumat verib. O, bildirib ki, milli komandadakı işə görə “Zirə” klubundan ayrılacaq. İTV-nin keçmiş əməkdaşı gələn il yanvarın 1-dən milli komandada fəaliyyətə başlayacaq.

 

Milli komandanın yeni baş məşqçisi Qurban Qurbanov növbəti aydan işinin icrasına rəsmən başlayacaq.


Digər xəbərlər

Xəbər xətti