DÇ-2018-in 31-ci komandası məlum oldu - Son vəsiqə kimin olacaq?

15:36 15 Noyabr 2017

DÇ-2018-in final mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib. 

Sportarena.az xəbər verir ki, qitələrarası pley-off mərhələsində Avstraliya və Honduras üz-üzə gəlib. İlk görüşü qolsuz başa çata komandaların cavab matçında Avstraliya 3:1 hesablı qələbə qazanaraq mundiala vəsiqəni təmin edib. Bu, Rusiyada keçiriləcək dünya çempionatına qazanılan 31-ci vəsiqədir.

 

Sonuncu vəsiqənin sahibi də sabah səhər saat 6:15-də müəyyənləşəcək. Peru Yeni Zellandiyanı sınağa çəkəcək. Tərəflər arasındakı ilk oyunda qolsuz bərabərlik qeydə alınıb.


Digər xəbərlər

Xəbər xətti